Amerikalı professor Xəzər Universitetində mühazirə oxuyub

Amerikalı professor Xəzər Universitetində mühazirə oxuyub

ABŞ-ın Puerto-Riko Universitetinin professoru, tibb elmləri doktoru Səbzəli Cavadov Xəzər Universitetində "Mitoxondri: stresslə əlaqəsi və kardioloji mühafizənin hədəfi" mövzusunda mühazirə oxuyub.

Xəzər Universitetindən bildirilib ki, bu ali təhsil ocağının aspirantlarının və tibb mütəxəssislərinin iştirak etdikləri tədbirdə S.Cavadovun son illərdə apardığı elmi araşdırmalara və əldə etdiyi nailiyyətlərə həsr olunmuş mühazirəsi geniş auditoriya tərəfindən maraqla qarşılanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə