Çexiyalı Kristina Plişkova ilk raundda Çin təmsilçisinə məğlub olaraq mübarizəni dayandırıb. Ju Lin gərgin keçən maçda geriyə dönüş edərək üç setdə qalib gələ bilib. İki saat 4 dəqiqə davam edən oyun J.Linin 3:6, 7:5 və 6:3 hesablı qələbəsi ilə yekunlaşıb. Çin təmsilçisinin növbəti rəqibi Donna Vekiç (Xorvatiya) olacaq.
Estoniya təmsilçisi Anett Kontaveit də Bakı turnirinin ikinci raunduna yüksəlib. A.Kontaveit Yaponiya təmsilçisi Misa Equçini 7:5 və 6:2 hesabı ilə məğlub edib.
18:20
Yaponiyalı tennisçi və Bakı turnirinin 4-cü raketkası Kurumi Nara ilk raundda məğlubiyyətlə üzləşib. Təsnifat mərhələsindən keçən Olqa Savçuk (Ukrayna) turnirin dördüncüsünü məğlub edərək ikinci raunda yüksəlib. O.Savçuk matç boyu üstünlüyü əldən verməyərək iki setdə qalibiyyəti aktivinə yaza bilib. Bir saat 25 dəqiqə davam edən görüş O.Savçukun 6:3, 6:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Təsnifat mərhələsini uğurla adlayan rumıniyalı Patrisia Maria Tiq növbəti qələbəsini əldə edərək ikinci raunda vəsiqə qazanıb. Rumıniya tennisçisi ilk raundda Olqa İançukdan (Ukrayna) üstün olub. Təsnifat mərhələsindən sonra oynamaq hüququ qazanan iki tennisçinin mübarizəsi 1 saat 17 dəqiqə davam edib və nəticədə P.Tiq 6:4 və 6:2 hesabı ilə qalib gəlib. Hər iki tennisçi servislərində zəif olublar. O.İançuk servisində 7, P.Tiq isə 4 dəfə məğlub olub. Rumıniyalı tennisçi ikinci raundda yenidən təsnifat qalibi - Olqa Savçuk ilə üzləşəcək.
15:53
Bakı turnirinin 7-ci raketkası Vitaliya Diaçenko ikinci raunda yüksəlib. Rusiya təmsilçisi və özbəkistanlı Nigina Abduraimova arasında 1 saat 22 dəqiqə davam edən görüşün yekununda V.Diaçenko 6:3 və 6:4 hesablı qələbə qazanıb.
V.Diaçenkonun ikinci raunddakı rəqibi mərkəzi korta sonuncu çıxacaq Çağla Büyükakçay (Türkiyə)-Kirsten Flipkens (Belçika) görüşünün qalibi olacaq.
14:30
Ukrayna təmsilçisi Katerina Bondarenko ikinci raunda yüksəlib. K.Bondarenko Rusiya idmançısı Valentina İvaxnenkodan üstün olub.
Bir saat 24 dəqiqə davam edən görüş K.Bondarenkonun 6:1 və 6:2 hesablı qələbəsi ilə yekunlaşıb. İkinci raundda ukraynalı tennisçi turnirin lideri Anastasia Pavlyuçenkova (Rusiya) ilə qarşılaşacaq.
Valentina İvaxnenko təsnifat mərhələsindən keçərək turnirin əsas hissəsinə vəsiqə qazanmışdı.
13:08
Jaoxuan Yanq Bakı turnirində çıxışını davam etdirir. Çin Xalq Respublikası təmsilçisi növbəti mərhələyə rəqibi ukraynalı Yuliya Beygelzimerin ikinci raunddan imtinası ilə keçib.
Yuliya Beygelzimer ilk seti uduzduqdan sonra ikinci hissədə korta qayıtmaqdan imtina edib. J.Yanq 46 dəqiqə ərzində ilk seti aktivinə 6:3 hesabı ilə yazmaqla kifayətlənib.
J.Yanq növbəti raundda Rusiya təmsilçisi Marqarita Qasparyana qarşı oynayacaq.
11:22
Bakı Tennis Akademiyasında "WTA International" seriyalı tennis turniri davam edir.
Mükafat fondu 250 min ABŞ dolları olan turnirdə dünyanın tanınmış tennisçiləri iştirak edirlər. Bu il Bakıya Dominika Tsıbulkova (Slovakiya), Françeska Skyavone (İtaliya), Boyana Yovanovski (Serbiya), Roberta Vinçi (İtaliya) kimi tanınmış idmançılar qatılıb. İyirmiyə yaxın ölkədən tennisçilərin qatıldığı yarışda, həmçinin belçikalı Yanina Vikmayer, Kristen Flipkensi, ötən il turnirin yarımfinalda oynayan Stefani Voegele (İsveçrə), Anastasiya Pavlyuçenkova (Rusiya Federasiyası), Kurumi Nara (Yaponiya) kimi tennisçiləri qeyd etmək lazımdır.
"Baku Cup" turnirinin daha öncəki qalibləri Vera Zvonareva (Rusiya, 2011-ci il), Boyana Yovanovski (Serbiya, 2012), Yelena Svitolina (Ukrayna, 2013-cü və 2014-cü illər) olublar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB