“Lokomotiv”in yeni baş məşqçisi kimdir?

“Lokomotiv”in yeni baş məşqçisi kimdir?

Bakının qadınlardan ibarət "Lokomotiv" voleybol komandasının yeni baş məşqçisi müəyyənləşib. Çempionlar Liqası yarışlarında ölkəmizi təmsil edəcək "Lokomotiv"i Əlcəzair millisinin sabiq məşqçisi, italiyalı mütəxəssis Fransua Salvani çalışdıracaq.

Çempionlar Liqası yarışlarının qrup mərhələsində "Lokomotiv" Bakının "Azərreyl", "Dinamo" (Kazan, Rusiya) və "Ştutqart" (Almaniya) komandaları ilə qarşılaşacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə