“Baku Cup-2015”-in ikinci günü başa çatıb

“Baku Cup-2015”-in ikinci günü başa çatıb

Qadınlar arasında "WTA International" seriyasından "Baku Cup-2015" Beynəlxalq tennis turnirinin ikinci günü başa çatıb. Nəzərdə tutulmuş 13 oyunda Azərbaycan, Rusiya, Özbəkistan, İtaliya, Türkiyə, Ukrayna, Çin, Çexiya, Rumıniya, Gürcüstan, Yaponiya, Serbiya, Slovakiya, Polşa və Xorvatiya tennisçiləri qələbə uğrunda mübarizə aparıblar.

Azərbaycan idmançısı Züleyxa Səfərovanın Ukrayna tennisçisi Oleksandra Koraşvili ilə görüşü 2:0 hesabı ilə sonuncunun xeyrinə başa çatıb. Cütlüklərin yarışında tennisçilərimiz Əminə Dik və Z.Səfərova ilə Rusiya idmançıları Polina Monova və Kseniya Lıkina görüşüblər. Qonaqlar 2:0 hesabı ilə qələbə qazanıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə