Azər Mirzəyev liderlər qrupundadır

Azər Mirzəyev liderlər qrupundadır

İranın Urmiya şəhərində "Sardaran-open" 4-cü beynəlxalq şahmat turniri keçirilir. 7 ölkədən 67 oyunçunun iştirak etdiyi "A" turnirində 16 qrossmeyster arasında Azərbaycan şahmatçıları Azər Mirzəyev və Vüqar Rəsulov da var. Azərbaycan idmanının şərəfini beynəlxalq dərəcəli usta Loğman Quliyev qoruyur.

Üç turdan sonra Urmiyada Azərbaycan qrossmeysteri Azər Mirzəyev və yerli şahmatçı Ehsan Qaem Məqami irəlidədirlər. Onların hər biri 3 xal toplayıb. 14 oyunçı liderlərdən yarım xal geri qalır.

Bütün xəbərlər Facebook səhifəmizdə