"Yaxşı komandanız var, çox xoşuma gəldi. Belə düşünürəm ki, klubunuz çempionatda qarşısına qoyduğu vəzifənin öhdəsindən gələcək". Bu sözlər Gürcüstanın "Şukura" klubunun prezidenti Revaz Çelebadze deyib. SİA-nın məlumatına görə, rəhbərlik etdiyi komandanın "Kəpəz"lə yoxlama oyunundan (1:1) sonra görüşə toxunan məşhur futbolçu fikirlərini bu cür bölüşüb: "Xüsusən də, ilk yarıda "Kəpəz"in oyunu baxımlı alındı. Heyətdə yaxşı oyunçular var. Portuqaliyalı legioneri ayrıca fərqləndirmək olar. Oyun nizam-intizamı hiss olunur, bu da məşqçi işindən irəli gəlir".
Xatırladaq ki, Revaz Çelebadze SSRİ birinciliyində Tbilisi "Dinamo"sunun aparıcı futbolçularından biri olub. İttifaq yığmasına dəvət alıb. SSRİ komandasının heyətində 7 oyuna 4 qol vurub. Moskva Yay Olimpiya Oyunlarının bürünc mükafatını qazanıb. O, vaxtilə "Kəpəz"ə qarşı da oynayıb. Batumi "Dinamo"sunun tərkibində Nizami yurdunun təmsilçi ilə matçlarda meydanda olub: "Gəncə klubuna qarşı oynadığım vaxtların üstündən çox illər keçib. Onda futbolçu idim, meydanda mübarizə aparırdım. İndi klub prezidentiyəm, kənardan baxıram. Sizə qarşı oyunlarımız çətin alınırdı. İndi futbol başqadı. Komandanıza uğurlar arzulayıram".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB