Bu gün Rusiyanın Sankt-Peterburq şəhərindəki Konstantinovski sarayında keçiriləcək 2018-ci il dünya çempionatının ilkin mərhələsinin püşkatma mərasimində AFFA rəsmiləri də iştirak edəcək. SİA-nın xəbərinə görə, tədbirə AFFA-nın prezidenti Rövnəq Abdullayev, İcraiyyə Komitəsinin üzvü Vaqif Sadıqov və baş katib Elxan Məmmədov qatılacaq.
Püşkatma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Qeyd edək ki, milli komandanın baş məşqçisi Robert Prosineçki səhhəti ilə əlaqədar mərasimə yollanmayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB