Futbolçularımız matça qolunda qara sarğı ilə çıxdı FOTOLAR

Futbolçularımız matça qolunda qara sarğı ilə çıxdı FOTOLAR

Türkiyədə hazırlıq məşqlərinə qatılan "Kəpəz" Peşəkar Futbol Klubu ikinci yoxlama oyununu keçirib. Nizami yurdunun təmsilçisi iyulun 23-də Gürcüstanın yüksək liqasında mübarizə aparan "Şukura" komandası ilə qarşılaşıb. Bu barədə SİA-ya "Kəpəz" Peşəkar Futbol Klubunun mətbuat xidmətinin rəhbəri Azad Mustafayev məlumat verib. Onun sözlərinə görə, Ağdam rayonunun ermənilər tərəfindən işğalının 22-ci ildönümü ilə bağlı futbolçularımız gürcülərlə matça qolunda qara sarğı ilə çıxıb. Türkiyəli hakimlər briqadasının idarə etdiyi oyundan öncə isə Ağdam uğrunda gedən döyüşlərdə şəhid olan həmyerlilərimizin ruhu bir dəqiqəlik sükutla yad olunub.

Görüşə gəlincə, qarşılaşma komandamız üçün yaxşı başlayıb. Artıq 10-cu dəqiqədə Şəhriyar Əliyev künc zərbəsinin davamında dəqiq oynayaraq hesabı açıb.

İkinci hissədə məşqçilər korpusu meydanda gənclərə üstünlük verib. Rəqib isə son dəqiqələrdə hesabı bərabərləşdirib – 1:1.

Bütün xəbərlər Facebook səhifəmizdə