Azərbaycan yığması Naxçıvan Kuboku turnirinin qalibi oldu FOTOLAR

Azərbaycan yığması Naxçıvan Kuboku turnirinin qalibi oldu FOTOLAR

Naxçıvan şəhəri Olimpiya İdman Kompleksində Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə gənclər arasında "Naxçıvan Kuboku" uğrunda ənənəvi beynəlxalq turnir keçirilib. SİA-nın məlumatına görə, turnirdə Azərbaycan, Naxçıvan, Rusiya, Türkiyə, Gürcüstan, Özbəkistan, Qazaxstan və İran komandaları iştirak edib. Komanda xarakterli yarışda iştirak edən heyətlər püşkə əsasən iki yarımqrupda mübarizə aparıb. A yarımqrupunda Azərbaycan, Gürcüstan, Özbəkistan və İran, B yarımqrupunda isə, Naxçıvan, Türkiyə, Rusiya və Qazaxstan komandaları yarışıb.
Öz yarımqruplarında birinci olmuş Azərbaycan və Rusiya komandaları finalda qarşılaşıb. Ümumi hesabda bərabərlik qeydə alınsa da, xal hesabında rəqibindən üstün olan güləşçilərimiz turnirin baş mükafatını qazanıb. Rusiya yığması ikinci olub. Bürünc medalın taleyi isə, Gürcüstan və Türkiyə yığmalarının görüşündə müəyyənləşib. 4:4 hesablı bərabərliklə tamamlanan görüşdə Gürcüstan yığması xal hesabındakı üstünlüyünə görə "Naxçıvan Kuboku" uğrunda beynəlxalq turnirin bürünc mükafatını qazanıb.
İlk üç yeri tutan komandalar Azərbaycan Güləş Federasiyası tərəfindən medal və diplomlarla təltif edilib. Daima güləşçilərin yanında olan və onları dəstəkləyən "Yeni Həyat" Şirkətlər qrupu tərəfindən Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş "Naxçıvan Kuboku" uğrunda beynəlxalq turnirin qalibləri üçün 100 000 ABŞ dolları məbləğində pul mükafatı da ayrılıb. Birinci yeri tutan komanda 50000, ikinci yerin sahibi 30000, üçüncü yerin qalibi isə 20000 ABŞ dolları ilə mükafatlandırılıb.

Dövrə A yarımqrupu Hesab Nəticə Dövrə B yarımqrupu Hesab Nəticə
I Azərbaycan - Gürcüstan
Özbəkistan - İran
6:2
7:1
1. AZƏRBAYCAN
2. Gürcüstan
3. Özbəkistan
4. İran
I Naxçıvan - Türkiyə
Rusiya - Qazaxstan
3:5
8:0
1. Rusiya
2. Türkiyə
3. Naxçıvan
4. Qazaxstan
II Azərbaycan - Özbəkistan
Gürcüstan - İran
7:1
8:0
II Naxçıvan - Rusiya
Türkiyə - Qazaxstan
1:7
5:3
III Azərbaycan - İran
Gürcüstan - Özbəkistan
8:0
7:1
III Naxçıvan - Qazaxstan
Türkiyə - Rusiya

7:1
1:7

7-ci yer uğrunda

İran - Qazaxstan 0:8
5-ci yer uğrunda Özbəkistan - Naxçıvan 2:6
3-cü yer uğrunda Gürcüstan - Türkiyə 4*:4 (19:16)

FİNAL - AZƏRBAYCAN - RUSİYA 4*:4 YEKUN
50 kq - Arif Hüseynov - Aslan Minkailov
55 kq - Mahir Əmiraslanov - İbrahim İlyasov
60 kq - Mahal Novruzov - Din-İslam Adjiev
66 kq - Teymur Məmmədov - Tayqib Həsənov
74 kq - Məhəmmədhacı Muxutov - M.İmamşapiev
84 kq - M.Qazıməhəmmədov - Cəbrayıl Şapiev
96 kq - Turxan Qurbanov - Tacuddin Muxtarov
120 kq - Səid Həmidov - Maqomedamil İsrailov
4:6
0:10
4:0 (tuşe)
8:6
7*:7
6:8
5:7
8:0 (tuşe)
1. AZƏRBAYCAN
2. Rusiya
3. Gürcüstan
4. Türkiyə
5. Naxçıvan
6. Özbəkistan
7. Qazaxstan
8. İran

Bütün xəbərlər Facebook səhifəmizdə