7-12 sentyabr 2015-ci il tarixində ABŞ-ın Las Veqas şəhərində güləş üzrə böyüklər arasında dünya çempionatı yarışları keçiriləcək. SİA-nın məlumatına görə, dünya çempionatına hazırlaşan qadın güləşçilərimiz 24-26 iyul 2015-ci il tarixində Polşanın paytaxtı Varşava şəhərində qadın güləşi üzrə "Poland Open" 19-cu beynəlxalq turnirdə iştirak edəcək.
Baş məşqçi Semyon Çterevin rəhbərliyi altında Polşaya yollanan yığma komandanın heyətində 6 güləşçi yer alıb. Turnirdə Mariya Stadnik (48 kq), Anjela Doroqan (53 kq), Nataliya Sinişin (55 kq), Yuliya Ratkeviç (58 kq), İrina Netreba (60 kq) və Nadya Muşka (69 kq) mübarizə aparacaq.
Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Kamran Əliyev təmsil edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB