Futbolçu məşqi yarımçıq tərk edib
Ronaldo "Real"dan gedir

"Real"ın hücumçusu Kriştiano Ronaldonun yeni baş məşqçisi Rafael Beniteslə aralarında soyuq münasibət yaranıb. Daha öncə tez-tez məşqi dayandırdığı üçün Beniteslə mübahisə edən Ronaldo son olaraq məşqi bitirmədən klubun bazasından ayrılıb.

İspaniyalı mütəxəssisin məşq üsullarını bəyənməyən Ronaldo yeni sistemə uyğunlaşmaqda çətinlik çəkdiyini deyib.

Hətta portuqaliyalı futbolçunun "Real"ın Beniteslə uğur qazanacağına inanmadığı və bu səbəbdən komandan ayrılmaq istədiyi bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə