“Qarabağ”dan gözlənilən qələbə

Ağdamın futbol komandası Monteneqro sınağından üzüağ çıxdı
“Qarabağ”dan gözlənilən qələbə

İyulun 22-də futbol üzrə Çempionlar Liqası yarışlarının ikinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində Azərbaycan çempionu "Qarabağ" Monteneqronun "Rudar" komandası ilə qarşılaşıb. Monteneqrodakı "Pod Malim Brdom" stadionunda keçirilən matçda "Qarabağ" komandası 1:0 hesabı ilə qalib gəlib. Oyunda yeganə qolu 57-ci dəqiqədə "Qarabağ"ın legioneri Reynaldo vurub. Qarşılıqlı hücumlar şəraitində keçən matçda qalan vaxt ərzində hesab dəyişməyib.

Bakıda keçirilən qarşılaşmada qolsuz heç-heçə qeydə alındığından iki oyunun nəticəsinə görə 1:0 hesabı ilə qalib gələn ağdamlılar növbəti mərhələyə yüksəliblər.

Görüşü bolqarıstanlı referi Georgi Kabakov idarə edib. Ona Martin Marqaritov, Martin Venev və Nikolay Yordanov kömək ediblər. Oyunun hakim-inspektoru Françesko Byanki (İsveçrə), UEFA nümayəndəsi isə sloveniyalı Tuqomir Frayman olub.

"Qarabağ" növbəti mərhələdə Şotlandiyanın "Seltik" komandası ilə qarşılaşacaq.

Çempionlar Liqası, II təsnifat mərhələsinin cavab oyunu

23:45."Rudar" (Pljevlya, Monteneqro) - "Qarabağ" (Azərbaycan) - 0:1

Qol:Reynaldo, 57 (0:1)

İlk oyun - 0:0

Baş hakim: Georgi Kabakov (Bolqarıstan)

Petrovaç. "Pod Malım Brdom" stadionu

"Rudar": Radanoviç, Djuriç, Nestoroviç, Jivkoviç, Yovanoviç, Knejeviç, Brnoviç, Vlahoviç (k), Vukoviç, İvanoviç

"Qarabağ": İbrahim Şehiç, Qara Qarayev, Maksim Medvedev, Rəşad Sadıqov (k), Riçard Almeyda, Ansi Aqolli, (İlqar Qurbanov - 64), Dani Kintana, Bədavi Hüseynov, Reynaldo, Alharbi Əl Jadeyaoui, (Cavid Tağıyev – 55) Coşqun Diniyev (Elvin Məmmədov - 79)

Bütün xəbərlər Facebook səhifəmizdə