İyulun 21-də futbol üzrə Premyer Liqanın 2015/2016-cı il mövsümünün püşkatma mərasimi keçirilib. AFFA-nın inzibati binasında təşkil olunan tədbirdə Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev, Premyer Liqada iştirak edəcək klubların nümayəndələri və jurnalistlər iştirak ediblər.
Püşkatmaya əsasən, avqustun 8-də start veriləcək Premyer Liqanın ilk turunda "Qəbələ" komandası "Qarabağ", "Zirə" klubu AZAL, "Neftçi" kollektivi "Kəpəz", "Xəzər-Lənkəran" "İnter", "Rəvan" isə "Sumqayıt" komandası ilə qarşılaşacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB