Kamran Ağayev hansı klubda çıxış edəcək?

Kamran Ağayev hansı klubda çıxış edəcək?

Millimizin qapıçısı Türkiyə birinci liqasında çıxış edən "Karşıyaka"yla razılığa gəlib. Son mövsümdə çıxış etdiyi "Kayserispor"dan ayrıldıqdan sonra klubsuz qalan millimizin qapıçısı Kamran Ağayev Türkiyə birinci liqasında çıxış edən "Karşıyaka"yla razılığa gəlib.

Bu barədə məlumatı Türkiyə mətbuatı yayıb. Türkiyəli həmkarlarımız Kamranın yaxın saatlarda rəsmi müqaviləyə imza atacağını yazıblar.

"Karşıyaka" azərbaycanlı futbolçulara yad komanda deyil. Belə ki, son mövsümdə millimizin sabiq üzvü Mahir Şükürov məhz bu klubun şərəfini qorumuşdu.

Bütün xəbərlər Facebook səhifəmizdə