Azərbaycanlı yüngül atlet Nazim Babayev İsveçin Eskilstuna şəhərində keçirilən gənclər arasında Avropa çempionatının qalibi olub. İdmançımız uzunluğa tullanma yarışlarının finalında 17,04 metr nəticə göstərərək qızıl medal qazanmaqla yanaşı rekorda da imza atıb.
Qeyd edək ki, yarışda ikinci yeri italiyalı Tobia Bocçi (16,51), 3-cü yeri isə ukraynalı Pavlo Beznits (16,10) tutub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB