"Təbiət Dostları" Gənclər İctimai Birliyinin "Yaşıl Velosipedlər" klubu ABŞ-ın Azərbaycandakı səfirliyi ilə birgə "Qlobal düşün, lokal fəaliyyət göstər" adlı veloyürüş təşkil edib. SİA-nın məlumatına görə, veloyürüşdə ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta da daxil olmaqla 50-yə yaxın insan iştirak edib.
Bakının Dəniz Vağzalından start götürərək Fəhlə prospekti istiqamətində 13 kilometr məsafəni qət edən yürüşçülərin məqsədi ekoloji təmiz nəqliyyat vasitəsi olan velosipedi təbliğ etmək, ekoloji maarifləndirmənin artırılması, cəmiyyəti ətraf mühitə qarşı daha məsuliyyətli olmağa çağırmaqdır.
ABŞ-ın Azərbaycandakı səfiri deyib ki, bu tədbir Azərbaycan və Amerika xalqları arasında ümumi olan bir xüsusiyyəti göstərir: "Həm azərbaycanlılar, həm də amerikalar təbitəin qoynuna qovuşmaq, təbiətdə istirahət etmək, eyni zamanda ətraf mühitin qorunması sahəsində səylərini birləşdirir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB