“Kəpəz” iyulun sonları rəqiblərlə görüşəcək

“Kəpəz” iyulun sonları rəqiblərlə görüşəcək

Təlim-məşq toplanışının üçüncü mərhələsi üçün Türkiyəyə yollanan "Kəpəz" Peşəkar Futbol Klubu Ərzurumda məşqlərini davam etdirir. Komanda səhər və axşam olmaqla gündə iki dəfə məşqə çıxır. Bu barədə SİA-ya "Kəpəz" Peşəkar Futbol Klubunun mətbuat xidmətinin rəhbəri Azad Mustafayev məlumat verib. Onun sözlərinə görə, toplanışda əsasən taktiki və texniki hazırlığa üstünlük verilir.

Xatırladaq ki, "Sarı-göylər" qardaş ölkədə olduğu müddətdə üç yoxlama oyunu da keçirəcək. Gəncə klubu iyulun 21-i, 23-ü və 25-də rəqiblərlə görüşəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə