"İnter"dən əzmkar qələbə

Avropa Liqasında II təsnifat mərhələsinin ilk oyunları keçirilib. Təmsilçilərimizdən "İnter" klubu bu gün növbəti matçını keçirib.

Zaur Svanadzenin komandası İslandiyada "Hafnarfyordur" klubunun qonağı olub. İlk mərhələdə "Laçi"ni (Albaniya) mübarizədən kənarlaşdıran "İnter" II təsnifat mərhələsini də keçməklə uğursuz sindroma son qoymaq niyyətindədir.

"İnter" daha öncəki illərdə ilk mərhələni uğurla adlasa da, II təsnifat mərhələsində dayanıb. Bu dəfəki rəqib isə İslandiyanın "Hafnarfyordur" klubu idi. Fasiləyə 0:1 hesabı ilə məğlub yollanan Zaur Svanadzenin komandası ikinci hissədə iki qol vurmaqla görüşdən qalib ayrılıb - 2:1.

Qeyd edək ki, bu komandalar arasında cavab qarşılaşması iyulun 23-də Bakıda keçiriləcək.

Avropa Liqası, II təsnifat mərhələsinin ilk oyunu

00:15. "Hafnarfyordur" (İslandiya) - "İnter" (Azərbaycan) - 1:2

Qolar: Qudnason, 39-pen (1:0), Nika Kvekveskiri, 54-pen (1:1), Diaqo Martins, 61 (1:2)

Qırmızı vərəqə: Oskarson, 50 ("Hafnarfyordur")

Hakimlər: Mixael Lerjeus, Daniel Qustavsson, Maqnus Syöblom və Kristofer Karlsson (hamısı İsveçdəndir)

Kaplakriki. "Hafnarfyordur" stadionu.

"Hafnarfyordur": Oskarsson, Vidarsson, Thorisson, Doumbia, Bödarssom, Hendriks, Palsson, Valdirmarsson, David Vidarsson (k), Bjarni Vidarsson, Qudnason

Ehtiyat oyunçular: Kristian Finnboqason, Tillen, Consson, Servi, Qudmundsson, Byörnsson, Kristian Floki Finboqason

"İnter": Səlahət Ağayev (k), Xuanfran, Laşa Kasradze, Zurab Xizanişvili, Abbas Hüseynov, Nizami Hacıyev, Nika Kvekveskiri, Mirsayib Abbasov, Mirhüseyn Seyidov, Fuad Bayramov, Rauf Əliyev

Ehtiyat oyunçular: Giorgi Lomaya, Denis Silva, İlkin Qırtımov, Mansur Nəhavəndi, Polyak, Fomenko, Diaqo Martins

Bütün xəbərlər Facebook səhifəmizdə