Messi ESPY mükafatına layiq görülüb

Messi ESPY mükafatına layiq görülüb

"Barselona" klubunun və Argentina yığmasının hücumçusu Lionel Messi Amerikanın ESPY telekanalının "İlin ən yaxşı əcnəbi idmançısı" nominasiyasında nüfuzlu mükafatına layiq görülüb. "Real"ın lideri Kriştianu Ronaldu isə beşinci yeri tutub.

Ötən mövsümdə 27 yaşlı argentinalı İspaniya çempionu, ölkə Kubokunun sahibi, habelə Çempionlar Liqasının qalibi olub. Messi öz milli komandasının heyətində Amerika Kubokunun finalına çıxıb, lakin turnirin ev sahibləri olan çillilərə uduzub.

L. Messi İspaniya La-Liqasının matçlarında 51, Çempionlar Liqasının oyunlarında 53 qol vurub, 27 səmərəli ötürmə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə