“Kəpəz” Türkiyəyə yola düşür

“Kəpəz” Türkiyəyə yola düşür

Məşqlərini Bakıda davam etdirən "Kəpəz" Peşəkar Futbol Klubu Türkiyədə təlim-məşq toplanışına yollanacaq. Bu barədə SİA-ya "Kəpəz" Peşəkar Futbol Klubunun mətbuat xidmətinin rəhbəri Azad Mustafayev məlumat verib. Onun sözlərinə görə, komanda iyul ayının 17-dən 26-na kimi qardaş ölkədə hazırlıq keçəcək. "Sarı-göylər" məşqlərini Ərzurum şəhərində keçirəcək. Gəncə klubu Türkiyədə olduğu müddətdə həm də yoxlama oyunlarında qüvvəsini sınayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə