Azad Rəhimov: “Formula-1" yarışları ilə bağlı bina tikiləcək " AÇIQLAMA

Azad Rəhimov: “Formula-1" yarışları ilə bağlı bina tikiləcək " AÇIQLAMA

"Formula-1" yarışları ilə bağlı hazırda bütün texniki məsələlər həyata keçirilir. Lakin yarışın keçirilməsi ilə bağlı paytaxt Bakıda şərait yaradılmalıdır. Bəzi küçələrdə asfalt dəyişilməli və yenisi ilə əvəz olunmalıdır". SİA-nın məlumatına görə, bunu bu gün Azərbaycan gənclər və idman naziri Azad Rəhimov Azərbaycanda keçiriləcək "Formula-1" yarışlarına hazırlıq prosesi barədə jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, asfalt örtüyünün dəyişdirilməsi təxminən 2 ay müddətində tamamlana bilər: "Biz tələsmədən bu işi gələn ilə planlaşdırırıq. Mart-aprel aylarında işə start verəcəyik. Layihəni realaşdıran hər bir arxitektur bu işi sonacan başa çatdırmalıdır. Hətta gələcək illərdə də ona nəzarət etməlidir".

Nazirin sözlərinə görə, yarışlarla bağlı eyni zamanda bütün kanalizasiya qapaqları da bərkidilməlidir: "Çünki avtomobillər onun üzərindən keçərkən həmin qapaqlar yerindən çıxarmasın. Təbii ki, bu da çox təhlükəlidir. Hazırda onun üzərində işlər aparılır. Bundan əlavə, bu yaxınlarda Azadlıq meydanında ikimərtəbəli bina tikiləcək. Komandalar, eləcə də maşınlar gəlib yerləşməlidir. Avtomobillər xüsusi texniki servis olunmalıdır. Bu istiqamətdə işlər gedir. Düşünürük ki, heç bir sahədə gecikmə yoxdur".

Bütün xəbərlər Facebook səhifəmizdə