Arda Turan "Barselona" ilə rəsmi müqavilə imzaladı

Arda Turan "Barselona" ilə rəsmi müqavilə imzaladı

28 yaşlı yarımmüdafiəçi bu gün yeni komandası ilə müqavilə imzalayıb. "Nou Kamp"da yeni komandası ilə 5 illik müqaviləyə imza atan sabiq "Atletiko"lu oyunçu daha sonra jurnalistlərin suallarını cavablandırıb: "Barselona" mənim uşaqlıq arzum olub. Futbola hələ yeni başlayanda bu komandaya simpatiyam var idi. İndi isə dünyanın ən güclü komandasının formasını geyinəcəm. Luis Enrike kimi məşqçinin rəhbərliyi altında, Messi, Neymar, Suares, İnyesta kimi ulduz futbolçularla çiyin-çiyinə oynayacağım üçün çox həyəcanlıyam. Özümə güvənirəm və bu komandada yer tapacağıma inanıram".

Qeyd edək ki, "Barselona" Ardanı "Atletiko"dan 41 milyon avroya transfer edib.

Bütün xəbərlər Facebook səhifəmizdə