Bu haqda məlumatı Fransanın “La Parisien” qəzeti yayıb
Di Mariya PSJ-yə transfer edilir

İngiltərənin "Mançester Yunayted" futbol klubunun argentinalı ulduzu Anxel Di Mariya Fransa təmsilçisi "PSJ" klubuna keçmək üzrədir. Bu haqda məlumatı Fransanın "La Parisien" qəzeti yayıb.

Məlumata görə, Argentina milli komandasının xavbekinin Paris klubunda forma geyinməsi ehtimalı xeyli yüksəlib.

Belə ki, Di Mariya ilə klub rəsmilərinin görüşdüyü bildirilir. Artıq bir çox əsas müddəalar həll olunub, sadəcə transferin kiçik detalları qalıb.

60 milyon funt sterlinq qarşılığında "Kral klubu"dan transfer olunan hücumçunun PSJ-yə 70 milyon funt sterlinq məbləğində transfer olunacağı gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə