İyulun 9-da Bakının "İnter" futbol komandası Avropa Liqası yarışlarının birinci təsnifat mərhələsi çərçivəsində növbəti oyununu keçirib. Bakı təmsilçisi "İnter Arena" stadionunda Albaniyanın "Laçi" komandasını qəbul edib.
Qazaxıstanlı baş hakim Aleksandr Əliyevin idarə etdiyi oyunun ilk hissəsində "İnter" dəfələrlə rəqib qapısı qarşısında təhlükəli vəziyyətlər yaratsa da, hesab açılmayıb.
İkinci hissədə də fəal oyun nümayiş etdirən "İnter" hesabda önə keçə bilməyib.
Beləliklə, görüşdə heç-heçə qeydə alınıb –0:0.
Komandalar arasında Albaniyada keçirilən ilk oyun 1:1 hesabı ilə başa çatmışdı. İki oyunun nəticəsinə görə, "İnter" Avropa Liqası yarışlarının ikinci təsnifat mərhələsinə vəsiqə qazanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB