İyun ayının 28-dən Türkiyənin Kapadokya bölgəsində təlim-məşq toplanışında olan "Xəzər Lənkəran" sabah ilk yoxlama oyununa çıxacaq. SİA-nın məlumatına görə, ağır məşqlərin fonunda ilk yoxlama oyununda nisbətən zəif rəqiblə qarşılaşmağı məqsədə uyğun hesab edən məşqçilər korpusu "Kayseri Ərciyəsspor" klubunun ikinci komandasını rəqib seçib. Son mövsüm Superliqadan PTT birinci liqaya yuvarlanan türk klubunun ikinci komandası ilə oyun sabah Bakı vaxtı ilə saat 20.00-da komandamızın məşqlərini keçirdiyi futbol meydançasında start götürəcək. Bu gün isə "Xəzər Lənkəran" yalnız axşam məşqi ilə kifayətlənəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB