“Kəpəz” Peşəkar Futbol Klubuna yeni transfer

“Kəpəz” Peşəkar Futbol Klubuna yeni transfer

"Kəpəz" Peşəkar Futbol Klubu təlim-məşq toplanışı ilə yanaşı, transfer çalışmalarını da davam etdirir. Belə ki, komanda "Sumqayıt"dan Budaq Nəsirovu bir illik müqavilə əsasında icarəyə götürüb. Bu barədə SİA-ya "Kəpəz" Peşəkar Futbol Klubunun mətbuat xidmətinin rəhbəri Azad Mustafayev məlumat verib. Onun sözlərinə görə, 19 yaşlı yarımmüdafiəçi "sarı-göylər"in heyətinə qatdığı 17-ci, icarəyə götürdüyü 3-cü futbolçu olub.

Xatırladaq ki, Nəsirovdan öncə "Qarabağ"dan Şəhriyar Əliyev ilə Tərlan Quliyev də bu heyətə cəlb olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə