Məktəbli formaları qiymətlər dəyişdi

Məktəbli formaları qiymətlər dəyişdi

Məktəbli formalarının qiymətlərində müəyyən dəyişiklik edilib.Yeni dərs ilindən valideynlər Bakı tikiş evinin istehsalı olan məktəbli formalarını yeni qiymətləri ilə ala biləcəklər.

Sentyabrın 15-də başlayacaq yeni dərs ili üçün məktəbli formaları vahid qiymətə satılacaq.

Əvvəllər 26, 28, 30, 32, 34, 36 ölçülü formalar 34 manata, 38, 40, 42 ölçülülər 35 manata , 44, 46 ölçülü geyim 40 manata, bundan sonra 54 ölçüyə qədər geyimlər isə 48 manata satılırdı. Ancaq bundan sonra məktəbli geyimləri 4 yox, ölçülərinə görə 2 fərqli qiymətə satışa çıxarılacaq.

Köynək və qış üçün gödəkçələrin də qiyməti əvvəllər 5-7 manat arasında dəyişirdi. Ancaq vahid qiymət müəyyən edildiyindən bu geyimlər 6 manata satılacaq.

Bakı Tikiş evinin direktoru qiymət artımı ilə bağlı xəbərlərə də aydınlıq gətirib.

Bütün xəbərlər Facebook səhifəmizdə