"Atletiko Madrid" Gökan Törəni transfer etmək istəyir
Ardanın yerinə Gökhan Törə?

Arda Turanla yollarını ayıran "Atletiko Madrid" "Beşiktaş"ın futbolçusu Gökan Törəni transfer etmək istəyir. İspan klubu Ardanın boşluğunu "Beşiktaş" və Türkiyə millisinin aparıcı futbolçusu Gökhan Törə ilə doldurmaq niyyətindədir. "Atletiko Madrid" Gökhan Törə üçün 12 milyon avrosundan keçməyə hazırdır. Ancaq bu transferin reallaşacağı inandırıcı görünmür. Belə ki, "Beşiktaşa" baş məşqçi təyin olunan Şenol Günəş futbolçunun komandadan getməsini istəmir.

Bütün xəbərlər Facebook səhifəmizdə