“Tur de Frans”ı Avstraliya velosipedçisi qazandı

“Tur de Frans”ı Avstraliya velosipedçisi qazandı

Avstraliyalı velosipedçi Roen Dennis (BMC) "Tur de Frans" yarışmasının birinci mərhələsinin qalibi olub. Xəbər verilir ki, Hollandiyanın Utrext şəhərində keçirilən bu mərhələdə avstraliyalı 13,8 kilometr məsafəni 14 dəqiqə 56 saniyəyə qət edib. İkinci yeri 15 dəqiqə 1 saniyə nəticə ilə Toni Martin (Etixx-Quick Step) tutub. İsveçrəli Fabian Kançellara (RadioShack-Nissan) finişə ondan bir saniyə gec çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə