"Sumqayıt" Futbol Klubu istirahətini başa vurub. Komanda Premyer Liqanın 2015/2016-cı illər mövsümü üçün hazırlığa start verib. "Sumqayıt" FK-nın mətbuat xidmətindən bildirilib ki, "Kapital Bank Arena"da keçirilən ilk məşq günündə yeni transferlər - Ağabala Ramazanov, Emin Mehtiyev, Nuran Qurbanov və Məhəmməd Alıyev də iştirak ediblər. "Sumqayıt" FK iyulun 15-dən etibarən təlim-məşq toplanışına yığışacaq.
Xatırladaq ki, "Sumqayıt" hazırlığın ilkin mərhələsi dövründə 3 yoxlama oyunu keçirəcək. Aqil Məmmədovun rəhbərlik etdiyi komanda iyulun 5-də "Kəpəz", 9-da U-19 millisi, 11-də isə AZAL-la üz-üzə gələcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB