UEFA Avropa Liqasının ilk təsnifat mərhələsi çərçivəsində keçiriləcək "Neftçi" - "Mladost" matçı öncəsi komandamızın baş məşqçisi Samir Əliyev və futbolçular - Elşən Abdullayev, Rəhman Hacıyev mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıblar. SİA konfrans iştirakçılarının fikirlərini nəzərinizə çatdırır:
Samir Əliyev: "Rəqib komandanın oyununu təhlil etmişik və zəif cəhətlərindən istifadə etməyə çalışacağıq. Bu barədə ətraflı danışmaq istəməzdim. Bizim öz oyun anlayışımız var. Rəqibə görə oyun qurmağı düşünmürük. Heyətimiz gənc futbolçulardan təşkil olunub. Hazırlıq üçün vaxtımız çox olmadı. Bununla belə siz meydanda mübariz komanda görəcəksiniz".
Elşən Abdullayev: "Komandamızda təcrübəli futbolçu çox deyil. Buna baxmayaraq biz öz gücümüzə inanırıq. Bu oyunda özümüzü ən yaxşı tərəfdən göstərməliyik. İnanıram ki, komanda halında istədiyimiz nəticəni qazanacağıq"
Rəhman Hacıyev: "Komandamızda çoxlu dəyişiklik var. Hər şeyə sıfırdan başlamışıq. Bu oyun bizim üçün çox vacibdir. Ciddi hazırlaşmışıq. Meydana qələbə üçün çıxacağıq".
.jpg)


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB