Bəhram Bağırzadə azarkeşlərlə birgə şəhər turuna çıxıb FOTOLAR

Bəhram Bağırzadə azarkeşlərlə birgə şəhər turuna çıxıb FOTOLAR

"Neftçi" PFK dünən komandanın azarkeşləri üçün çağırış turu təşkil edib. SİA-nın məlumatına görə, klubun Müşahidə Şurasının üzvü Bəhram Bağırzadənin də qatıldığı şəhər turunda "Neftçi"nin qızlardan ibarət komandasının üzvləri və azarkeşlər iştirak ediblər. "Baku City" tur avtobusu ilə şəhərin mərkəzini gəzən azarkeşlər bu gün keçiriləcək "Neftçi" - "Mladost" matçına çağırış şüarları da səsləndiriblər.

Xatırladaq ki, "Neftçi" - "Mladost" oyunu 02.07.2015-ci il tarixdə "Bakcell Arena"da keçiriləcək. Qarşılaşma saat 21:00-da başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə