"Milan"ın niyyəti, "Atletiko"nun qisməti

Cekson Martines Madrid "Atletiko"su ilə münasibətlərini rəsmiləşdirib
"Milan"ın niyyəti, "Atletiko"nun qisməti

Bir müddətdi adı "Milan"la hallanan "Porto"nun futbolçusu Cekson Martines Madrid "Atletiko"su ilə münasibətlərini rəsmiləşdirib. Portuqaliya klubunun saytının verdiyi xəbərə görə, kolumbiyalı forvardın 35 milyon avroluq sərbəst qalma məbləğini İspaniya nəhəngi ödəyib.

28 yaşlı futbolçu "Marca"ya açıqlamasında belə danışıb: "Möhtəşəm bir baş məşqçi və komanda ilə birlikdə olacam. "Porto"da sərgilədiyim oyunu "Atletiko"da göstərmək istəyirəm. Ümid edirəm ki, Madrid klubu mənim daha yaxşı futbolçu olmağımda kömək olacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə