Elçin Axundzadə: “İki il yarım ərzində məsuliyyətli iş həyata keçirildi” AÇIQLAMA

Elçin Axundzadə: “İki il yarım ərzində məsuliyyətli iş həyata keçirildi” AÇIQLAMA

"İki il yarım bundan öncə Avropa Parlamentində 48 ölkədən 38-i I Avropa Oyunlarının Azərbaycanda keçirilməsinə səs verdi. Təbii ki, bu səsvermə təsadüfi deyildi". Bu sözləri SİA-ya açıqlamasında Güclü Azərbaycan Naminə İctimai Birliyinin sədri Elçin Axundzadə deyib.

O qeyd edib ki, Azərbaycan I Avropa Oyunlarını keçirməklə məsuliyyətli bir işi boynuna götürə biləcəyini sübut etdi. 800 milyondan çox insan bu oyunları izləyərək, ölkəmiz haqqında geniş məlumatın sahibi oldular: "Cənab Prezidentin gördüyü işlər, rayonlarda idman komplekslərinin tikilməsi və infrastrukturun yaradılması ona rəvac verdi ki, Azərbaycan belə bir məsuliyyətli işi öz boynuna götürə bilər. İki il yarım ərzində bütün infrastruktur yüksək səviyyədə tikilib istifadəyə verildi. I Avropa Oyunlarını dünyada demək olar ki, 800 milyondan çox insan izlədi. Bu insanlar Azərbaycanın hansı səviyyədə inkişaf etdiyini və xalqımızın rifah halının yaxşılaşmasının və cənab Prezidentin ətrafında xalqımızın sıx birləşməsinin bariz nümunəsini göstərmiş oldu. I Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, ölkənin birinci xanımı Mehriban Əliyeva kompleks işlər gördü. Yəni, bütün nazirliklərin nümayəndəsini bu təşkilatın ətrafında birləşdirdi. Azərbaycanda keçirilən birinci Avropa Oyunlarının dünyada analoqu olmayan bir tədbir olduğu sübuta yetirildi. Bunu tək biz demirik, Avropadan gələn turistlər, idmançılar da etiraf etdilər".

Bütün xəbərlər Facebook səhifəmizdə