Sabah Şəriəti: “Azarkeşlərin medal əldə etməyimdə böyük dəstəyi olub” AÇIQLAMA

Sabah Şəriəti: “Azarkeşlərin medal əldə etməyimdə böyük dəstəyi olub” AÇIQLAMA

"Yunan- Roma güləşində 130 kiloqram çəki dərəcəsində gümüş medal əldə etdim. Çox sevinirəm ki, yarışlarda gücümü göstərib, medal əldə edə bildim". Bu sözləri SİA-ya açıqlamasında yunan-Roma güləşi üzrə 130 kiloqram çəki dərəcəsində Avropa Oyunları gümüş medalçısı Sabah Şəriəti deyib. O, dəstəyə görə məşqçilərinə, federasiya rəhbərliyinə və azarkeşlərə təşəkkür edib. Gələcəkdə də medallar əldə etmək üçün əlindən gələni edəcəyini bildirib: "Yarışlara hazırlığımda əməyi keçən şəxsi məşqçimə və baş məşqçim olan Ağacəmşid Xeyrəbadiyə təşəkkür edirəm. Federasiya rəhbərliyi və bütün azarkeşlərin mənim bu medalı əldə etməyimdə böyük dəstəyi olub. Rəqiblərim çox güclü idi, onlar arasında ən güclüləri Türkiyə, Rusiya və Gürcüstanı təmsil edənlər idi. Bütün rəqiblərimi məğlub etdikdən sonra, dünya və Avropa çempionu olan və Olimpiadada medal əldə etmiş türkiyəli güləşçiyə məğlub oldum. Gələcəkdə də ölkəmizi qürurla təmsil edəcəyimə və medallar əldə edəcəyimə inanıram".

Bütün xəbərlər Facebook səhifəmizdə