Ulduz Elçilərə xatirə hədiyyələri təqdim edilib

Ulduz Elçilərə xatirə hədiyyələri təqdim edilib

Bu gün "Bakı-2015" I Avropa Oyunlarının Əməliyyat Komitəsində Ulduz Elçilərə xatirə hədiyyələri təqdim olunub. SİA-nın məlumatına görə, mərasimdə "Bakı-2015" I Avropa Oyunları Əməliyyat Komitəsinin Əməliyyatlar üzrə Baş direktoru Saymon Kleq, Komitənin korporativ direktoru Elçin Səfərov, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev, Ulduz Elçilər Tünzalə Ağayeva, Nigar Camal, İlkin Həsəni, Hacı Nuran, Miri Yusif, Cabir və Tahir İmanovlar, Azər Qərib, DJ Şok və başqaları iştirak ediblər.

S. Kleq "Bakı-2015" I Avropa Oyunlarına verdikləri dəstəyə görə Ulduz Elçilərə minnətdarlığını bildirib. O, Ulduz Elçilərin insanlar arasında təbliğat və maarifləndirmə işləri apardıqlarını qeyd edib.

S. Kleq İlk Avropa oyunlarında Azərbaycan idmançılarının çıxışlarının yaddaşlardan silinməyəcəyini bildirib.

E. Səfərov seçilən ulduzların Azərbaycanda böyük azarkeş kütləsi olduğunu qeyd edib. O, Ulduz Elçilərə Oyunların yüksək səviyyədə keçirilməsində göstərdikləri dəstəyə görə təşəkkürünü bildirib.

Daha sonra çıxış edən F. Hacıyev Azərbaycanın Avropa idmanında yeni tarix yazdığını, dünya idman tarixinə yeni töhvə verdiyini bildirib. O, ilk Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsində əməyi olan hər kəsə minnətdarlığını bildirib.

Sonda Ulduz Elçilərə xatirə hədiyyələri təqdim edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə