UEFA İcraiyyə Komitəsinin bu gün keçirilən iclasında bir sıra qərarlar qəbul olunub və İdarəetmə və Audit Komitəsinin tərkibi müəyyənləşib. SİA-nın məlumatına görə, qitə futbol qurumu rəhbərliyinin bu məsələ ilə bağlı təklifi İcraiyyə Komitəsində geniş müzakirə olunub və üç ölkənin – Azərbaycan, Avstriya və Finlandiya utbol Federasiyasının nümayəndəsi komitəyə üzv seçilib. AFFA-nın baş katibi Elxan Məmmədovun da təmsil olunduğu komitənin işi UEFA-nın ayrı-ayrı sahələr üzrə fəaliyyətini, o cümlədən maliyyə məsələlərini audit edəcək, qərarların icrasını və effektivliyini mütəmadi olaraq araşdırmaqla UEFA rəhbərliyinə hesabatlar hazırlayacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB