Ronaldinyo "Antalyaspor" ilə müqaviləni razılaşdırıb

Ronaldinyo "Antalyaspor" ilə müqaviləni razılaşdırıb

"Antalyaspor"un prezidenti Gültəkin Gencer bildirib ki, Meksikanın "Keretaro" klubu ilə müqaviləsini pozan forvard Ronaldinyo hücumçu Samuel Eto`Onun ardınca bu kluba keçəcək. G.Gencer deyib: "Biz Ronaldinyo ilə razılıq əldə etmişik. Eto`O və Ronaldinyodan başqa bizim daha bir məşhur transferimiz olacaq. Onda əlimiz hətta səmadakı ulduzlara da çatacaq!".

Xatırladaq ki, ikinci divizionda ötən mövsümün yekunlarına görə, "Antalyaspor" Türkiyə Superliqasında çıxış etmək hüququ qazanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə