"19 yaşımda “Şöhrət” ordeni ilə təltif olunmağım mənim üçün qürurdur” AÇIQLAMA
"19 yaşımda cənab Prezident İlham Əliyev tərəfindən "Şöhrət" ordeni ilə təltif olunmağım mənim üçün çox böyük qürurdur". Bu sözləri SİA-ya açıqlamasında ilk Avropa Oyunlarının taekvondo yarışlarında qızıl medal qazanmış Ayxan Tağızadə (68 kq) deyib.
O, Prezident İlham Əliyevin idmançılarımızın çıxışlarını arenalarda izləməsinin atletlərimiz üçün böyük stimul olduğunu bildirib: "Cənab Prezident İlham Əliyev bütün yarışlara gələrək idmançılarımızın çıxışlarını izləyirdi. Bu, bizim üçün çox böyük stimul idi. Ölkə başçısı mənim də yarımfinal qarşılaşmamı arenada izlədi. Həyəcanlı idim, ancaq yalnız qələbə haqda düşünürdüm. Məğlub olmaq olmazdı. Əlimdən gələni etdim, qalib gəldim və həmin döyüşü Cənab Prezidentimizə həsr etdim".
Taekvondoçu bundan sonra da səylə məşq edib, gələcək yarışlarda yüksək nəticələrə imza atmağa çalışacağını qeyd edib: "Daha öncələr də nəticələr qazanmışam. Heç vaxt uğur xəstəliyinə tutulmamışam. Əksinə biraz da çox məşq edərək daha yüksək uğurlara imza atmağa çalışmışam".
ilk Avropa Oyunlarının möhtəşəm şəkildə təşkil olunduğunu vurğulayan idmançı əlavə edib ki, təşkilati işlər Azərbaycanın nə qədər güclü olduğunu bir daha ortaya qoydu.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB