"Kəpəz" iyul ayının 1-dən 10-na kimi Bakıda təlim-məşq toplanışı keçirəcək. Buzovna qəsəbəsində yerləşən "Retro" otelində məskunlaşacaq Gəncə təmsilçisi gündə iki dəfə hazırlığa çıxacaq. "Sarı-göylər"in məşq prosesində iştirak edəcək futbolçular məlumdu. Baş məşqçi Şahin Diniyev hazırlığa 16 futbolçu cəlb edib. Bu barədə SİA-ya "Kəpəz" Peşəkar Futbol Klubunun mətbuat xidmətinin rəhbəri Azad Mustafayev məlumat verib. "Dalğa Arena"dakı məşqlərdə komandanın əsasən fiziki hazırlığına diqqət veriləcək.
Qeyd edək ki, ölkə paytaxtında "Kəpəz" 3 yoxlama oyununda qüvvəsini sınayacaq. Komandamızın ilk rəqibi "Sumqayıt" olacaq. Bu klubla görüş iyulun 4-nə planlaşdırlıb. Matç saat 18:00-da başlayacaq. Ayın 7-də "Kəpəz" AZAL-la oynayacaq. Bu oyunun da başlama saatı eynidir. Komandamız son yoxlama görüşünü iyulun 10-da keçirəcək. "Sarı-göylər"in rəqibi 19 yaşlı futbolçulardan ibarət Azərbaycan yığması olacaq. Qarşılaşmanın start fiti saat 11:00-da veriləcək.
Hər üç oyun "Dalğa Arena"da keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB