Rafiq Hüseynov: “Avropa Oyunları Azərbaycanın bacarığını dünyaya göstərdi” AÇIQLAMA
"Avropa Oyunlarında yunan- Roma güləşi üzrə 80 kiloqram çəki dərəcəsində mübarizə apardım və gümüş medalın sahibi oldum. Qızıl medal alan idmançılar qədər sevinməsəm də, təəssüf hissi keçirmirəm". Bu sözləri SİA-ya açıqlamasında Azərbaycanın yunan – Roma güləşi üzrə Avropa Oyunlarının gümüş medalçısı Rafiq Hüseynov deyib.
O qeyd edib ki, Avropa Oyunları Azərbaycanın təşkilatçılıq bacarığının nə qədər yüksək olduğunu dünyaya göstərdi. Dünya çempionatına hazırlaşan idmançımız Rioda keçiriləcək Olimpiadada çıxış üçün lisenziya əldə edə biləcəyini ifadə edib: "Gümüş də olsa, əsas odur ki, medal əldə etmişik. Buna görə sevinc hissi yaşayıram. Sağ-salamat yarışları bitirdik. Qarşıda bizi dünya çempionatı gözləyir. Bu, lisenziya xarakteri daşıyan yarışdır. Ay yarım sonra keçiriləcək yarışlara hazırlaşırıq. Bundan sonra Olimpiadada iştirak edib-etməyəcəyim məlum olacaq. Bütün idmançılarımıza uğurlar arzu edirəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB