Teymur Məmmədov: “Qarşıma məqsəd qoymuşam ki, Rioda bayrağımızı qaldırım” AÇIQLAMA
"İlk Avropa Oyunları çərçivəsində keçirilən Boks yarışlarında qızıl medal əldə etməyim məni çox sevindirir, bundan fəxr hissi duyuram". Bu sözləri SİA-ya açıqlamasında "Bakı-2015" İlk Avropa Oyunlarında boks üzrə 81 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız Teymur Məmmədov deyib.
Onun sözlərinə görə, yarışlara ciddi hazırlaşmaq üçün məşqçilər böyük zəhmət çəkib: "Qarşıda qoyulan məqsəd isə, Rioda keçiriləcək Olimpiadada ölkəmizin bayrağını qaldırmaqdır. Yarışlara qatılana qədər bizə çox böyük dəstək olub. Məşqçilərimiz üzərimizdə böyük əmək xərcləyiblər. Xalqımızın yarışlarda fəal iştirak etməsi və azərkeşliyi bizi sevindirirdi. Biz də ringə fərəh hissi ilə çıxırdıq, ürəklə vuruşurduq. Qarşıma məqsəd qoymuşam ki, Rioda keçiriləcək Olimpiadada yaxşı çıxış edim və bayrağımızın orada yüksəlməsinə nail olum".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB