Qalya F. Molinas: “Avropa Oyunları Olimpiada ruhunu nümayiş etdirib” AÇIQLAMA

Qalya F. Molinas: “Avropa Oyunları Olimpiada ruhunu nümayiş etdirib” AÇIQLAMA

""Bakı 2015" İlk Avropa Oyunlarının rəsmi tərəfdaşı olmaqdan qürur duyuruq. Avropa Oyunları böyük müvəffəqiyyətlə təşkil edildi". SİA-nın məlumatına görə, bu sözləri "Coca Cola" firmasının Mərkəzi Asiya, Qafqaz və Türkiyə bölgəsi üzrə vitse- prezidenti Qalya Frayman Molinas bu gün jurnalistlərə verdiyi açıqlamasında deyib.

O qeyd edib ki, Azərbaycanda Avropa Oyunlarının təşkil edilməsi gəncləri idmana istiqamətləndirdi: ""Bakı 2015" Olimpiada ruhunu nümayiş etdirib: "Bundan başqa, ev sahibi ölkə olaraq bu qədər çox medalın əldə edilməsini də fərqli bir ilham qaynağı kimi dəyərləndiririk. "Coca Cola" firması olaraq 1928-ci ildən etibarən Olimpiadaların və idmanın dəstəkçisiyik. Hər təşkil edilən idman tədbiri bir ilham mənbəyidir. Xüsusilə gənclər idmana təşviq edilir. Biz buna çox inanırıq. Olimpiada ruhu bizim dəyərlərimizdə mövcuddur. "Bakı 2015" İlk Avropa Oyunları da Olimpiada ruhunu fərqli bir istiqamətdə nümayiş etdirib".

Bütün xəbərlər Facebook səhifəmizdə