"Ümid edirəm ki, Rioda keçiriləcək Olimpiadada idmançılarımızın çıxışları əvvəlkilərdən daha uğurlu olacaq". SİA-nın məlumatına görə, bu sözləri bu gün Avropa Oyunlarında medal qazanan idmançılarla görüş zamanı jurnalistlərə açıqlama verən Milli Olimpiya Komitəsinin vitse – prezidenti Çingiz Hüseynzadə deyib.
Onun sözlərinə görə, ölkəmizdə idman hərtərəfli inkişaf etdirilib: "1990-cı illərdə ölkədəki gərgin vəziyyət idmana da təsir edib. Lakin bu gün Azərbaycan bütün potensialını bərpa edib və öz sözünü deyir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB