MOK medal qazanan idmançıları bir araya gətirib

MOK medal qazanan idmançıları bir araya gətirib

Bu gün Milli Olimpiya Komitəsi medal qazanan idmançılarla görüş keçirib. SİA-nın məlumatın görə, "Bakı 2015" İlk Avropa Oyunlarının rəsmi tərəfdaşı olan "Coca-Cola" şirkətinin dəstəyi ilə keçirilən görüşdə bir çox idman növündə medallar əldə etmiş idmançılarımız iştirak edib. Çıxışlar başlamamışdan öncə Avropa Oyunlarında əldə edilən medalları əks etdirən video –çarx nümayiş etdirilib.

Tədbirdə çıxış edən Milli Olimpiya Komitəsinin vitse – prezidenti Çingiz Hüseynzadə Avropa Oyunlarının yüksək səviyyədə keçirildiyini vurğulayıb. O, Azərbaycanda idmanın bütün sahələrinin inkişaf etdiyini vurğulayıb.

Daha sonra çıxış edən "Coca Cola" firmasının Mərkəzi Asiya, Qafqaz və Türkiyə bölgəsi üzrə vitse- prezidenti Qalya Frayman Molinas Avropa Oyunlarının bir parçası olduqları üçün xoşbəxt hiss etdiklərini bildirib, 1928-ci ildən bu günə qədər olimpiadaların və idmanın dəstəkçisi olduqlarını qeyd edib.

Sonda idmançılara hədiyyələr təqdim olunub, müğənni Tünzalə Ağayeva mahnı ifa edib.

Bütün xəbərlər Facebook səhifəmizdə