"Qarabağ" klubu Avtsriyada keçirdiyi təlim-məşq toplanışında 3 yoxlama oyununa çıxacaq. SİA-nın məlumatına görə, iyunun 30-da Avstriya təmsilçisi "SV Horn"la qarşılaşacaq komandamız Bakıya qayıdana qədər daha 2 yoldaşlıq oyununda gücünü sınayacaq. "Qarabağ" iyulun 3-də saat 17:30-da Ruminiya nəhəngi "Styauya" ilə, iyulun 7-də isə Rusiyanın "Lokomotiv" (Moskva) klubu ilə qarşılaşacaq. İyulun 8-də komandamız Azərbaycana qayıdacaq.
Xatırladaq ki, "Qarabağ" iyulun 15-də Çempionlar Liqasının II təsnifat mərhələsində "Rudar"ı (Çernoqoriya) qəbul edəcək. Oyun saat 21:30-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB