"Tezliklə Bakının təqdimatında “Formula 1” və Futbol yarışları izlənəcək"
"Rossiya24" televiziyası İlk Avropa Oyunları ilə bağlı yekun video-material hazırlayıb. SİA-nın xəbərinə görə, yarışların sonuncu günündə də idmançıların fəal iştirak etdiyi vurğulanır. Həmçinin rusiyalı idmançıların da üstünlüyü qeyd olunur. Bağlanış mərasiminə də toxunan müxbir Avropa Oyunlarının əsl bayram və dostluq əhval-ruhiyyəsində keçdiyini vurğulayır.
Bildirilir ki, bağlanış mərasimində milli elementlərin də əks olunması böyük marağa səbəb olub: "Azərbaycan böyük idmanla qısa müddətli də olsa vidalaşır. Amma tezliklə dünya Bakının təqdimatında "Formula 1" və Futbol yarışlarını izləyəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB