Patrik Hikki: “Azərbaycan, sən bizim qonaqpərvər ev sahibimiz oldun” AÇIQLAMA
"Möhtəşəm 17 günlük idman bayramını bizimlə bölüşən hər bir insana sağol deyirəm. Avropa Oyunlarını alovlandıran qığılcım məhz Odlar Yurdundan gəldi". SİA-nın məlumatına görə, bu sözləri Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki bu gün Avropa Oyunlarının bağlanış mərasimi zamanı çıxışında deyib.
O qeyd edib ki, Azərbaycan Avropa Oyunlarına çox gözəl ev sahibliyi etdi. Ölkə başçısı və xanımının çox böyük dəstəyi olub. Tikilən arenalar xalqın gələcəyi üçün çox böyük önəm kəsb edəcək: "Azərbaycan, sən bizim səmimi və qonaqpərvər ev sahibimiz oldun. Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevanın rəhbərliyi ilə Bakı-2015 İlk Avropa Oyunlarının Əməliyyat Komitəsi Avropada ən yaxşı kişi və qadın idmançları üçün ən gözəl arenalar hazırladı. İş fəlaiyyətinin dəqiqliyi yeni gənc qəhrəmanlardan ibarət komandanın, sizin gözəl könüllülərinizi formalaşdırdı. Bütün bunlar cəmi 30 ay ərzində burada yaratdığınız idman arenaları gələcək illərdə atletlərinizə, xalqınız və gənclərinizə xidmət edəcək. Belə bir böyük layihənin reallaşdırılmasında nümayiş etdirdiyiniz yekdilliyə görə hamnıza minnətdaram. Milli Olimpiya Komitələrinə təşəkkürümü bildirirəm. Siz bu oyunların Avropa idmanı üçün nə olduğunu gördünüz".
Patrik son olaraq bildirib ki, Azərbaycanın gələcəyi parlaqdır, Avropa oyunlarının gələcəyi parlaqdır. Avropanın gözəl atletləri üçün bu oyunlar parlaqdır. Beləliklə, indi mən böyük minnətdarlıq və qürür hissi ilə "Bakı-2015" Avropa Oyunlarını bağlı elan edirəm.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB