Çimərlik futbolunda qızılı Rusiya yiyələnib

Çimərlik futbolunda qızılı Rusiya yiyələnib

Yarışların final oyununda İtaliya və Rusiya yığmaları üz-üzə gəlib. Qarşılaşmada 3:2 hesabı ilə qələbə qazanan Rusiya millisi ilk Avropa Oyunlarının qızıl medalını qazanıb.

Qalib komandalara medalları Avropa Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü Aleksandr Kozlovski və Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının prezidenti Rövnəq Abdullayev təqdim ediblər.

Birinci Avropa Oyunlarının çimərlik futbolu yarışlarında bürünc medal uğrunda İsveçrə yığması Portuqaliya millisi qarşılaşıb. Gərgin idman mübarizəsi şəraitində keçən qarşılaşmada Portuqaliya 6:5 hesabı ilə qalib gələrək ilk Avropa Oyunlarının bürünc medalına yiyələnib.

Portuqaliya yığmasının şərəfini qoruyan Nuno Belçior yarışlarda 8 qol vurmaqla turnirin bombardiri olub.

Ukrayna və İspaniya milliləri çimərlik futbolu yarışlarının 5-6-cı yerləri uğrunda təsnifat oyununda qarşılaşıb. İspaniya yığması oyunda 6:3 hesabı ilə qələbə qazanaraq birinci Avropa Oyunlarını beşinci pillədə başa vurub.

Çimərlik futbolu yarışlarında Azərbaycan millisi Macarıstan yığması ilə 7-8-ci yerlər uğrunda təsnifat oyununda qarşılaşıb. Millimiz oyundan 2:3 hesabı ilə məğlub ayrılmaqla yarışları səkkizinci pillədə başa vurub.

Bütün xəbərlər Facebook səhifəmizdə