Arda Turan iki klubdan birinə gedir
"Atletico Madrid"dən ayrılmaq istəyən Türkiyə milli komandasının futbolçusu Arda Turanın sərbəst qalma əvəzi 41 milyon Avrodur. Transfer reallaşarsa, "Qalatasaray" klubu, "Yetişdirmə əvəzi" olaraq 2 milyon avro qazanacaq.
Hazırda Arda ilə bir çox tanınmış klublar maraqlanır. Onlardan biri də İngiltərənin tanınmış futbol klubu "Manchester United"dir. Klublardan digər biri isə "Barcelona"dır. Belə ki, 18 iyulda seçkiyə gedəcək "Barcelona"nın prezidentliyinə namizədlərdən biri olan Josep Maria Bartomeu "Seçilsəm Ardanı alacağam" deyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB